Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 Aprel 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-150, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 287 m3/s olmaqla, ongünlük normanın 40 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm 1,7 dəfə bir çox olmaqla 474 m3/s və ongünlük normanın 67 faizini təşkil etmişdir.
Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 123 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 175 m3/s təşkil etmiş və ongünlük normanın 98 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 12 sm, Şirvanda 12 sm, Salyanda 12 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 439 sm (2012-ci il aprelin 29-da 497 sm), Şirvanda 328 sm (2012-ci il aprelin 29-da 405 sm), Salyanda 273 sm (2012-ci il aprelin 29-da 348 sm ), Bankədə 231 sm (2012-ci il aprelin 29-da 272 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2012-ci il aprelin 29-da 215 sm) təşkil edir.