Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

26 Aprel 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 90-100, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 320 m3/s olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 481 m3/s və ongünlük normanın 68 faizini təşkil etmişdir.
Aprelin 26-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 178 m3/s təşkil etmiş və ongünlük normanın 102 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 10 sm, Salyanda 14 sm, Bankədə 8 sm, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 458 sm (2012-ci il aprelin 26-da 519 sm), Şirvanda 339 sm (2012-ci il aprelin 26-da 433 sm), Salyanda 279 sm (2012-ci il aprelin 26-da 378 sm ), Bankədə 233 sm (2012-ci il aprelin 26-da 283 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2012-ci il aprelin 26-da 230 sm) təşkil edir.