Ağac kəsilməsi ilə bağlı şikayət ərizələri yerində araşdırılıb
25 Aprel 2013, 00:00
Lənkəran şəhər sakini Zöhrab Əliyev və Lerik rayonunun Vov kənd sakini Mais Babayevin Lerik meşələrinin qırılması və Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qanun pozuntularının olması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına yazdıqları eyni məzmunlu şikayət ərizələri aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərildikdən sonra dərhal araşdırmalara başlanılmışdır.
Nazirliyin Meşələrin İnkişafı Departamentinin əməkdaşları tərəfindən göstərilən ərazilərdə aparılacaq yoxlamalarda iştirak etmələri üçün şikayətçilərə müraciət olunsa da, onlar şikayətlərinin əsassız olmasını səbəb gətirərək bundan imtina etmişlər.
Lənkəran sakini Zöhrab Əliyev 83 yaşı olduğunu, Lerik meşə müəssisəsində 60 il müxtəlif vəzifələrdə işlədiyini, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinə əsasən xitam verildiyini, bundan sonra dəfələrlə müəssisəyə gələrək onu işə bərpa etmələrini tələb etdiyini və yenidən işə götürülmədiyindən əsəbiləşərək şikayət ərizəsi yazdığını bildirmişdir. Araşdırma zamanı digər şikayətçi Mais Babayev isə yazılı izahat verərək şikayət ərizəsinin onun adından yazılmadığını bildirmiş və buna görə də ərizədən imtina etmişdir.
Şikayətlərin şəxsi qərəzlilik səbəbindən yazılmasına baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin əməkdaşları məktublarda göstərilən Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə dolaylarında yoxlamalar aparmış, meşələrin qorunub mühafizə olunması vəziyyətini araşdırmışlar.
Araşdırma zamanı Razvandoband meşəbəyliyinin 19 saylı meşə dolayında 131,35 manat köküstə nırx dəyərində 30,03 m3 həcmində, 20 saylı meşə dolayında 128,40 manat köküstə nırx dəyərində 29,73 m3 həcmində, 23 saylı meşə dolayında 102,60 manat köküstə nırx dəyərində 24,02 m3 həcmində müxtəlif cins və diametrdə olan ağacların qanunsuz kəsilməsi faktları aşkar edilmişdir.
Aşkar olunmuş faktlarla bağlı Nazirliyin əməkdaşları tərəfindən müvafiq sənədlər tərtib olunmuş, aktlar yazılaraq meşə fonduna dəymiş ziyanın təqsirkar meşə gözətçiləri tərəfindən ödənilməsi təmin edilmişdir. Müraciətdə göstərilən digər məlumatlar isə araşdırma zamanı öz təsdiqini tapmamışdır.
Qeyd olunan ərazilərdə meşələrin qorunub mühafizə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Lerik MMBM-in rəhbərliyinə müvafiq tapşırıqlar verilmişdir.