Tələbələrin ekoloji maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirilmişdir
24 Aprel 2013, 00:00
Gənc nəslin ekoloji maarifləndirilməsi istiqamətində növbəti tədbir 24 aprel 2012-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilmişdir.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış ekoklubun təşkilatçılığı ilə baş tutmuşdur.
ETSN-in mütəxəssislərinin və Akademiyanın rəhbərliyinin iştirak etdiyi tədbirdə ölkədə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər barədə tələbələrə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, tədbir iştirakçılarına gənc nəslin ətraf mühit və təbii sərvətlərin qorunması sahəsində bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti və ekoloji maarifləndirmənin rolu və s. mövzularda geniş informasiya verilmiş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Görüşdə “Ekoklub”ların yaradılmasının ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi, ali təhsil müəssisələrində təhsil alan tələbələr ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılması istiqamətində vacib əhəmiyyət daşıdığı vurğulanmışdır.