Xəbərlər

Aprelin 23-ü axşamdan 24-ü səhərədək müşahidə olunan hava şəraiti

24 Aprel 2013, 00:00

Gözlənildiyi kimi aprelin 23-ü axşamdan 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etmiş, yağıntılar şimal və şərq rayonlarında intensiv olmuş, ən çox düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında qeydə alınmışdır.
Ən çox düşən yağıntının miqdarı Sumqayıtda 30 mm (aylıq normanın 130 faizi), Bakıda 26 mm (aylıq normanın 113 faizi), Maştağada 23 mm (aylıq normanın 25 faizi), Pirallahıda 16 mm (aylıq normanın 82 faizi), Çilov adasında 16 mm (aylıq normanın 89 faizi), Qubada 37 mm (aylıq normanın 77 faizi), Altıağacda 18 mm, Xaçmazda 17 mm, digər rayonlarda isə 1-13 mm olmuşdur.