Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi məqsədi ilə tədbir keçirilmişdir
23 Aprel 2013, 00:00
23 aprel 2012-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Turizm İnstitutunda təhsil alan tələbələrin ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması və Ulu Öndərin ideyalarının təbliği məqsədi ilə tədbir keçirilmişdir.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Turizm İnstitutu arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış ekoklubun təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə Ümummilli Lider tərəfindən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər və onun bu sahədə ideyaları, həmçinin ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində görülmüş işlər barədə tələbələrə geniş məlumat verilmişdir.
Tədbir iştirakçılarına eyni zamanda, ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, iqlim dəyişmələri, yaşıl iqtisadiyyat və davamlı inkişaf, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda geniş informasiya verilmiş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Məlumat üçün qeyd edirik ki, ölkədə fəaliyyət göstərən 30-dan artıq ali təhsil müəssisəsində “Ekoklub”ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, həmçinin, Nazirliyin gələcəkdə yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılmasından ibarətdir.