Şikayət ərizəsi əsasında araşdırma aparılıb
23 Aprel 2013, 00:00
Lerik rayonunun Çayrud kəndi yaxınlığındakı meşə sahəsində ağacların qanunsuz qırılması barədə daxil olmuş şikayət məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Qeyd edək ki, şikayət məktubu Bakı şəhər Sabunçu rayonu Yeni Ramana qəsəbəsinin sakini Teyyub Məlikov tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilib. Məktub aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olduqdan dərhal sonra Nazirliyin Meşələrin İnkişafı Departamentinin əməkdaşları şikayətdə göstərilən Lerik rayonunun Çayrud kəndi yaxınlığındakı Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vivəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayında yoxlama həyata keçirib.
Meşələrin qorunub mühafizə olunması vəziyyəti yoxlanılarkən şikayətçinin iddia etdiyi Çayrud kəndinin ətrafında yerləşən Lerik MMBM-in Vivəzəmin meşəbəyliyinin 15 saylı meşə dolayında 217,10 manat köküstə nırx dəyərində 50,55 m3 həcmində 18 ədəd müxtəlif cins və diametrdə olan ağacın qanunsuz kəsilməsi faktı aşkar edilib.
Aşkar olunmuş faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilib, təqsirkar meşə gözətçisi Ə.Almasov tutduğu vəzifədən azad olunub, meşə fonduna dəymiş ziyanın isə onun tərəfindən ödənilməsi təmin edilib. Eyni zamanda, əraziyə cavabdeh olan digər meşə mühafizə xidməti işçilərinin barəsində də intizam tənbehi tədbirləri görülüb.