Şikayət məktubunun şəxsi qərəzlilik zəminində yazıldığı məlum olub
22 Aprel 2013, 00:00
Şamaxı rayon Avaxıl kənd sakini Fəraiz Salahovun adından ETSN-yə daxil olmuş şikayət məktubu Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Şikayətçi öz məktubunda avtomobili ilə odun apararkən Şahdağ Milli Parkının direktor müavini tərəfindən əsassız cərimələndiyini və direktor müavininin himəyadarlığı ilə iki mühafizə yegeri tərəfindən meşələrin qanunsuz qırılmasını iddia etsə də, araşdırma zamanı yazdıqlarının əsassız hesab olunmasını xahiş etmişdir. F.Salahov izahat verərək bildirmişdir ki, həyat yoladışından ayrıldıqdan sonra Şahdağ Milli Parkının Şamaxı bölməsində mühafizə yegerləri işləyən keçmiş həyat yoldaşının əmiləri ilə şəxsi ədavətdə olduğundan onlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalmış və bundan əsəbləşərək ETSN-yə heç bir fakta söykənməyən qərəzli şikayət məktubu yazmışdır. O, meşələrin qırılmasından da məlumatı olmadığını, yazdıqlarının hamısının şəxsi qərəzlilik zəminində olduğunu öz yazılı izahatında etiraf etmişdir.
Araşdırma aparılarkən o da məlum olmuşdur ki, şikayətçi F.Salahov Şahdağ Milli Parkının Şamaxı bölməsinin 4 saylı dolayının 40-cı kvartalı ərazisində müxtəlif cinsli və diametrli 5 ədəd yaş köküstə ağac kəsdiyinə görə 6 yanvar 2013-cü il tarixində Milli Parkın əməkdaşları tərəfindən onun barəsində inzibati protokol tərtib edilmiş və 750 manat məbləğində cərimə olunmuşdur. Həmin məbləğin ödənilməsinin təmin olunması üçün sənədlər aidiyyəti üzrə Şamaxı rayon Məhkəmə İcraçıları bölməsinə göndərilmişdir.
Qeyd edək ki, ETSN-yə daxil olan şikayət məktublarının araşdırılması zamanı onların çox hissəsinin bu məzmunda, şəxsi qərəzlilik zəminində yazıldığı məlum olub.