Xəbərlər

BeynəlÑ…alq Yer Günü ilə əlaqədar Bakı-Qazax yolunda iməcilik keçirilib

20 Aprel 2013, 00:00

20 aprel 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel BeynəlÑ…alq Yer Günü ilə əlaqədar Bakı-Qazax magistral avtomobil yolunun sol hissəsində (Qaradağ rayonu ərazisində) iməcilik keçirilib.
Ümumilikdə, Nazirliyin 300-ə yaxın əməkdaşının iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ağacların dibi yumşaldılmış, ərazi alaq otlarından və tullantılardan təmizlənmişdir.
Qeyd edək ki, Beynəlxalq Yer günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin aparılması tədbirləri həyata keçirilmişdir.
Xatırladaq ki, 22 aprel Beynəlxalq Yer gününun keçirilmə ənənələri Ð¥IÐ¥ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdır. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılmışdır.