Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
19 Aprel 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son üç gün ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində respublika çaylarını sululuğunda artım müşahidə olunmuşdur.
Belə ki, Böyük Qafqaz çaylarında suyun səviyyəsində 2-10 sm, Kiçik Qafqaz çaylarında 1-3 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 sm artım qeydə alınmışdır. Lakin aprelin 19-da çayların suluğunda azalma müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-160, Kiçik Qafqazın çaylarında 60-80, Lənkəran-Astara bölgəsi çaylarında 90-150, Naxçıvan MR çaylarında isə normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım, aprelin 19-da isə 4 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 420 m3/s olmaqla, ongünlük normanın 56 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm 1,7 dəfə çox olmaqla 750 m3/s və ongünlük normanın 101 faizini təşkil etmişdir.
Son 4 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 16 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 149 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 220 m3/s təşkil etmiş və ongünlük normanın 131 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 23 sm, Şirvanda 30sm, Salyanda 40 sm, Bankədə 11sm, Araz çayının Novruzlu məntəqəsində isə 28 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 378 sm (2012-ci il aprelin 19-da 559 sm), Şirvanda 228 sm (2012-ci il aprelin 19-da 458 sm), Salyanda 170 sm (2012-ci il aprelin 19-da 378 sm ), Bankədə 212 sm (2012-ci il aprelin 19-da 283 sm), Araz çayının Novruzlu məntəqəsində isə 98 sm (2012-ci il aprelin 19-da 240 sm) təşkil edir.