22 aprel “Beynəlxalq yer günü» çərçivəsində gənclərlə görüş keçirilmişdir
17 Aprel 2013, 00:00
22 aprel “Beynəlxalq yer günü»nün qeyd olunması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda tədbir keçirilmişdir.
Görüşdə Bakı Dövlət, Memarlıq və İnşaat, Texniki, Dövlət Pedaqoji universitetlərinin və Azərbaycan Dövlət Neft Akademiyasının ətraf mühitin mühafizəsi sahəsində təhsil alan 50-ə yaxın tələbəsi iştirak etmişdir.
Tədbir iştirakçıları ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qazanılmış uğurların əhalinin ekoloji şüurunda müsbət dəyişikliklərə səbəb olması ilə yanaşı, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərdə ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaradıldığını qeyd etmişlər.
Görüşdə həmçinin, ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması istiqamətində ölkədə həyata keçirilən fəaliyyətlərdə gənc nəslin iştirakı müzakirə edilmişdir.
İctimai müzakirədə ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyi bildirilmiş, dövlət orqanları ilə yanaşı ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.