Azərbaycanda ilk dəfə süni yolla kürü yetişdirilib
15 Aprel 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2003-cü ildən istifadəyə verilmiş Xıllı Nərə Balıqartırma zavodunda Azərbaycanda ilk dəfə olaraq süni yolla kürü yetişdirilib. Belə ki, zavod şəraitində yetişdirilən törədici döllük səviyyəsinə çatdırılmış 7-8 yaşlı 2 dişi nərə balığından süni yolla 5 kq - 260 min ədədə yaxın kürü alınıb. Süni yolla alınmış kürülər eyni üsulla yetişdirilmiş 2 erkək nərə balığının mayası ilə mayalandırılaraq inkubasiya aparatlarına yerləşdirilib və bundan 200 mindən çox sürfə alınacağı gözlənilir.
Qeyd edək ki, əməliyyat cərrahiyyə üsulu ilə aparıldığından balıqlar sağ qalmış və gələcəkdə onlardan yenidən kürü almaq məqsədilə nohurlara buraxılmışdır.
Hazırda zavodda 4 minə yaxın 1-9 yaş arası süni yolla alınmış törədici döllük nərə balıqları (nərə, uzunburun və kələmo) bəslənilir.
Ümumiyyətlə, təbiətdə nərə balıqlarının sayının xeyli aşağı düşməsi ilə əlaqədar süni balıqartırma zavodlarında döllük balıqların tədarük edilməsində çətinliklər mövcuddur. Ona görə də süni yolla nərə kürüsünün alınmasına başlanılması mühüm əhəmiyyət kəsb edir və alınmış nəticələr ölkədə əmtəə balıqçılığının (akvakulturanın) inkişafına xüsusi təkan verəcəkdir.
Təqdirəlayiq haldır ki, bu balıqların əmtəə çəkisinə qədər böyüdülməsi və onlardan əmtəəlik qara kürü alınmasının biotexniki normativləri ETSN mütəxəssisləri tərəfindən işlənib hazırlanıb və artıq öz praktiki nəticələrini verməkdədir.