Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Günəşli yamacında iməcilik keçirilib

13 Aprel 2013, 00:00

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar 13 aprel 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində Günəşli yamacında iməcilik keçirilib.
İməcilikdə Nazirliyin 400-ə yaxın əməkdaşının iştirakı ilə 6 hektar ərazidə 5000 ədəd zeytun ağacı əkilmiş və ərazi tullantılardan təmizlənmişdir.
Keçirilən iməciliklərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək və yaşıllıqların genişləndirilməsi işində kütləviliyin artırılmasını təmin etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Respublika ərazisində ağacəkmə ilə bağlı iməcilikləri davam etdirir və bunun Respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq digər dövlət və qeyri dövlət qurumlarını, vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.