Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

08 Aprel 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlərdə ölkə ərazisində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublika çaylarında sululuğun artımı davam etmişdir.
Son 3 gündə Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 1-5 sm, Kiçik Qafqazın çaylarında 1-3 sm, Naxçıvan MR-nın Naxçıvançay çayında 5 sm artım, Lənkəran-Astara bölgəsi çaylarında isə suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-300, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 5-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 490 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 393 m3/s və ongünlük normanın 84 faizini təşkil etmişdir.
Son 5 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 92 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 109 m3/s təşkil etmiş və ongünlük normanın 79 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda və Salyanda 4 sm, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma müşahidə olunmuş, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2012-ci il aprelin 08-də 397 sm), Şirvanda 205 sm (2012-ci il aprelin 08-də 397 sm), Salyanda 157 sm (2012-ci il aprelin 08-də 368 sm ), Bankədə 195 sm (2012-ci il aprelin 08-də 273 sm), Araz çayının Novruzlu məntəqəsində isə 103 sm (2012-ci il aprelin 08-də 280 sm) təşkil edir.