Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 Aprel 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlərdə ölkə ərzisində temperatur rejiminin nisbətən yüksək olması və dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunmuşdur. Son 5 gündə Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 4-19 sm, Kiçik
Qafqazın çaylarında 1-6 sm, Naxçıvan MR-nın Naxçıvançay çayında 27 sm artım, Lənkəran-Astara bölgəsi çaylarında isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-290, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 5-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Son 5 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 54 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 460 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm iki dəfə az olmaqla 240 m3/s və ongünlük normanın 51 faizini təşkil etmişdir.
Son 5 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 105 m3/s təşkil etmiş və ongünlük normanın 76 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1 sm, Salyanda 9 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Şirvanda 17 sm artım, Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2012-ci il aprelin 05-də 568 sm), Şirvanda 212 sm (2012-ci il aprelin 05-də 491 sm), Salyanda 141 sm (2012-ci il aprelin 05-də 423 sm ), Bankədə 193 sm (2012-ci il aprelin 05-də 309 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2012-ci il aprelin 05-də 330 sm) təşkil edir.