Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
03 Aprel 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi
Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 16-31mart tarixlərində
ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq
məqsədilə araşdırma aparılmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 100 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 29 müddətli məcburi göstəriş verilmişdir. Ümumilikdə, 17 iş üzrə 28900 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 28 iş üzrə 5511,78 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 116 iş üzrə 13826,96 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 5, icra qruplarına 18, məhkəmələrə isə 1 iş göndərilmişdir.