Xəbərlər

Yaşıllaşdırma layihələri ərazisində yaşıllıqların suvarılması üçün quraşdırılmış damcılı suvarma sistemləri və təmizləyici qurğular ilkin sınaq və yuyulma mərhələlərindən keçirilərək istismara verilib

28 Mart 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2010-2013-cü illəri əhatə edən Respublikanın əsas magistral avtomobil yollarının yaşıllaşdırılmasına dair layihələr çərçivəsində tikilib quraşdırılmış qurğular (müasir tələblərə cavab verən damcılı suvarma sistemləri, dəmir-beton su anbarları, təmizləyici qurğular) bu gündən mövsümə uyğun olaraq əsaslı rejimdə fəaliyyətə başlayıb. Yəni, salınmış
yaşıllıqların fasiləsiz olaraq suvarma suyu ilə təmin olunması üçün quraşdırılmış dünya standartlarına cavab verən damcılı suvarma sistemləri və Kür çayında tullantı suları təmizləyən, şoran suları duzsuzlaşdıran qurğular ilkin sınaq və yuyulma mərhələlərindən keçirilərək istismara verilib.
Ümumilikdə, bu qurğuların istifadəyə verilməsi ilə yaşıllaşdırma layihələri çərçivəsində 1835 hektar ərazidə 2131 min ədəd ağacın müasir texnologiyaya uyğun daimi suvarılması mümkün olacaq.
Qeyd edək ki, layihələr üzrə 5 su təmizləyici qurğu, o cümlədən Kür çayında tullantı suları təmizləyən və şoran suları duzsuzlaşdıran avadanlıqlar, 5000 km-ə qədər damcılı suvarma boruları, dəmir betondan 6 su anbarı, nasos stansiyaları və elektrik təsərrüfatı obyektləri quraşdırılıb. Suvarma sisteminin əsas boru xətti 264,5 km, o cümlədən ana boru xətti 181 km təşkil edir. Bütün işlərin görülməsi üçün layihə üzrə nəzərdə tutulan 20 milyon 145 min manat vəsaitdən 2012-ci ilin sonuna 10 milyon 760 min manat vəsait ayrılmışdır. İşlər başa çatdırıldıqdan sonra 2013-cü ilin investisiya portfelində bu layihənin icrası üçün ayrılmış 9381,4 min manat vəsaitin büdcəyə geri qaytarılması üçün ETSN Nazirlər Kabinetinə məktubla müraciət etmişdir. Hal-hazırda ərazidə görülən işlərin, mühəndis su təmizləmə, nəqletmə və suvarma sistemlərinə və əkilən ağaclara adi vizual baxış belə görülən işin həcmi barədə aydın təsəvvür yaradır.

Hövsan-Binə-Dədə Qorqud qəsəbələri ətrafında salınmış yaşıllaşdırma layihəsi ərazisində quraşdırılmış damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu və suyun tərkibində olan iri mexaniki hissəciklərin çökdürülməsi üçün tikilmiş üç hissəli dəmir-beton 1200 m3-lik su anbarı

Hövsan-Binə-Dədə Qorqud qəsəbələri ətrafında salınmış yaşıllaşdırma layihəsi ərazisində quraşdırılmış damcılı suvarma sisteminin inzibati həyəti və gözətçi otağı

Hövsan-Binə-Dədə Qorqud qəsəbələri ətrafında salınmış yaşıllaşdırma layihəsi ərazisində quraşdırılmış damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu

Hövsan-Binə-Dədə Qorqud qəsəbələri ətrafında salınmış layihə ərazisində yaşıllıqların suvarılması üçün quraşdırılmış avadanlıqların idarəetmə, su filtrasiya və gübrələnmə sistemləri

Hövsan-Binə-Dədə Qorqud qəsəbələri ətrafında salınmış yaşıllaşdırma layihəsi ərazisində quraşdırılmış damcılı suvarma sisteminin paylayıcı klapanları

Bakı-Qazax magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün nasosxana və damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu

Bakı-Qazax magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün nasosxana və damcılı suvarma sisteminin yüksək təziqli nasosları

Bakı-Qazax magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün avtomatik idarəetme sistemi

Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün tikilmiş birinci su anbarı, nasosxana və damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu

Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün tikilmiş birinci su anbarı, nasosxana və damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu

Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün quraşdırılmış kamplekt transformator yarım stansiyası

Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış layihə ərazisində yaşıllıqların gübrələmə sistemləri

Bakı-Quba magistral avtomobil yolunun kənarında salınmış yaşıllaşdırma layihəsi ərazisində quraşdırılmış ikinci su anbarı damcılı suvarma sisteminin inzibati həyəti və mərkəzi idarəetmə qurğusu

Bakı-Astara magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün tikilmiş nasosxana və damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu

Bakı - Astara magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların ərazilərində 500 m3-lik su çənlərinin quraşdırılması

Bakı-Astara magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün Şirvan kanalından götürülmüş duzlu suyun suvarılmaya yararlı vəziyyətə gətirən osmotik membranlar və filtirasiya sistemləri

Bakı-Astara magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün filtirasiya sistemləri

Bakı-Astara magistral avtomobil yolunun kənarında salınmış yaşıllıqların suvarılması üçün filtirasiya sistemləri

Bakı - Şamaxı avtomobil yolunun kənarında salınmış yaşıllıqların ərazilərində quraşdırılmış damcılı suvarma sisteminin mərkəzi və 500 m3-lik su çəni

Bakı - Şamaxı avtomobil yolunun kənarında salınmış yaşıllıqların ərazilərində quraşdırılmış damcılı suvarma sisteminin mərkəzi və 500 m3-lik su çəni

Bakı - Şamaxı avtomobil yolunun kənarında salınmış yaşıllıqların ərazilərində quraşdırılmış damcılı suvarma sistemi və nasosxana

Bakı - Şamaxı avtomobil yolunun kənarında salınmış layihə ərazisində yaşıllıqların suvarılması üçün quraşdırılmış avadanlıqların idarəetmə, su filtrasiya və gübrələnmə sistemləri

Bakı - Şamaxı avtomobil yolunun kənarında salınmış layihə ərazisində yaşıllıqların suvarılması üçün quraşdırılmış avadanlıqların idarəetmə, su filtrasiya və gübrələnmə sistemləri

Bakı - Şamaxı avtomobil yolunun kənarında salınmış layihə ərazisində yaşıllıqların suvarılması üçün yaradılmış torpaq su anbari və nasosxana

Bakı - Şamaxı avtomobil yolunun kənarında salınmış layihə ərazisində yaşıllıqların suvarılması üçün yaradılmış torpaq su anbari və nasosxana

Bayıl yamacı yaşıllaşdırma layihəsi ərazisində quraşdırılmış damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu və 250 m3-lik su çənləri

Bayıl yamacı yaşıllaşdırma layihəsi ərazisində quraşdırılmış damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu və 250 m3-lik su çənləri

Bayıl yamacı yaşıllaşdırma layihəsi ərazisində quraşdırılmış damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu və gözətçi otağı

Bayıl yamacı yaşıllaşdırma layihəsi ərazisində quraşdırılmış damcılı suvarma sisteminin mərkəzi idarəetmə qurğusu

Bayıl yamacı ərazisində yaşıllıqların suvarılması üçün quraşdırılmış avadanlıqların idarəetmə, su filtrasiya və gübrələnmə sistemləri

Bayıl yamacı ərazisində yaşıllıqların suvarılması üçün quraşdırılmış avadanlıqların idarəetmə, su filtrasiya və gübrələnmə sistemləri