Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

27 Mart 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-210, Kiçik Qafqazın çaylarında 50-230, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 258 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 163 m3/s və ongünlük normanın 53 faizini təşkil etmişdir.
Martın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 119 m3/s olmaqla, ongünlük normanın 106 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 95 m3/s təşkil etmiş və ongünlük normanın 85 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 2 sm, Şirvanda 1 sm, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma müşahidə olunmuş, Salyanda və Bankədə isə dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 sm (2012-ci il martın 27-də 664 sm), Şirvanda 198 sm (2012-ci il martın 27-də 577 sm ), Salyanda 162 sm (2012-ci il martın 27-də 510 sm ), Bankədə 195 sm (2012-ci il martın 27-də 345 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2012-ci il martın 27-də 410 sm) təşkil edir.