Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

15 Mart 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlərdə Lənkəran-Astara bölgəsi çaylarında sululuğun azalması qeydə alınmışdır. Belə ki, son 3 gün ərzində ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 36 sm, Lənkərançay-Sifidorda 31 sm, Vəşərüçay-Daştatükdə 15 sm, Viləşçay-Şıxlarda 20 sm azalma müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında
sululuq ongünlük normanın 100-180, Kiçik Qafqazın çaylarında 70-360, Lənkəran-Astara bölgəsi çaylarında 100-340, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Gürcüstan ərazisində Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar respublika ərazisində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, martın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 90 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 456 m3/s olmaqla, ongünlük normanın 171 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm 3 dəfə az olmaqla 137 m3/s və ongünlük normanın 51 faizini təşkil etmişdir.
Martın 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 83 m3/s təşkil etmiş və ongünlük normanın 88 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 45 sm, Şirvanda 72 sm, Bankədə 22 sm, Araz çayının Novruzlu məntəqəsində 33 sm azalma qeydə alınmış, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 347 sm (2012-ci il martın 15-də 686 sm), Şirvanda 215 sm (2012-ci il martın 15-də 577 sm ), Salyanda 260 sm (2012-ci il martın 15-də 503 sm ), Bankədə 214 sm (2012-ci il martın 15-də 353 sm), Araz çayının Novruzlu məntəqəsində isə 153 sm (2012-ci il martın 15-də 409 sm) təşkil edir.