Ali təhsil müəssisələrində fəaliyyət göstərən “Ekoklub”ların rəhbərləri ilə görüş keçirilmişdir
07 Mart 2013, 00:00
07 mart 2013-cü il tarixində Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində ölkənin ali təhsil müəssisələrində fəaliyyət göstərən “Ekoklub”ların rəhbərləri ilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri arasında görüş keçirilmişdir.
Görüşün əsas məqsədi gələcək əməkdaşlığın müzakirəsi və həyata keçiriləcək tədbirlər barəsində fikir mübadiləsinin aparılmasından ibarət olmuşdur.
Tədbir iştirakçıları dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan bəhs edərək, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyini qeyd etmişlər.
Eyni zamanda görüşdə, gələcəkdə birgə kütləvi maarifləndirmə tədbirlərinin o cümlədən, ali təhsil müəssisələrində “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda seminarların, müsabiqələrin və s. keçirilməsi qərara alınmışdır.
Məlumat üçün qeyd edirik ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı çərçivəsində ölkədə fəaliyyət göstərən 30-dan artıq ali təhsil müəssisəsində “Ekoklub”lar yaradılmış və bu klublara ümumilikdə 1000-ə yaxın aktiv tələbə üzv olmuşdur.
“Ekoklub”ların yaradılmasının əsas məqsədi ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, həmçinin, Nazirliyin gələcəkdə yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması, ali təhsil müəssisələrinin ətraf mühit sahəsində təhsil alan tələbələri ilə daimi əlaqənin yaradılması və təbliğat sahəsində geniş şəbəkənin formalaşdırılmasından ibarətdir.