Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

04 Mart 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-170, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 10-130, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 167 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 143 m3/s və ongünlük normanın 59 faizini təşkil etmişdir.
Martın 04-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 81 m3/s təşkil etmiş və ongünlük normanın 98 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişklik müşahidə olunmamışdır. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 3 sm, Şirvanda 1 sm azalma, Bankədə 8 sm artım qeydə alınmış, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 410 sm (2012-ci il martın 04-də 682 sm), Şirvanda 294 sm (2012-ci il martın 04-də 565 sm), Salyanda 290 sm (2012-ci il martın 04-də 506 sm), Bankədə 245 sm (2012-ci il martın 04-də 355 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2012-ci il martın 04-də 388 sm) təşkil edir.