Gənc ekoloqlarla görüş keçirilmişdir
02 Mart 2013, 00:00
02 mart 2013-cü il tarixində Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Ekologiya” işçi qrupunun gənc ekoloqları ilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri arasında görüş keçirilmişdir.
Görüşün məqsədi gənclərin ətraf mühitin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarət olmuşdur.
Tədbirdə ətraf mühitin mühafizəsi sahəsində ali təhsil müəssisələrində təhsil alan 50-yə yaxın gənc iştirak etmişdir.
Görüş iştirakçıları ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, Azərbaycan Respublikasının ekoloji siyasəti, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, istehsalat və məişət tullantılarının idarə olunması, ətraf mühit üzrə monitorinqin aparılma metodikası, “yaşıl” iqtisadiyyat, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda ətraflı mühazirələr dinləmiş və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.