Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

01 Mart 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 30-190, Naxçıvan MR çaylarında isə 35 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Martın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla, ongünlük normanın 62 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 137 m3/s və ongünlük normanın 57 faizini təşkil etmişdir.
Martın 01-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 77 m3/s təşkil etmiş və ongünlük normanın 93 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 7 sm, Şirvanda 10 sm, Salyanda 6 sm, Bankədə 1 sm, Araz çayının Novruzlu məntəqəsində isə 11 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 413 sm (2012-ci il martın 01-də 674 sm), Şirvanda 297 sm (2012-ci il martın 01-də 556 sm), Salyanda 290 sm (2012-ci il martın 01-də 493 sm), Bankədə 245 sm (2012-ci il martın 01-də 355 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2012-ci il martın 01-də 375 sm) təşkil edir.