Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

22 Fevral 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-190, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında 50-230, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 164 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 157 m3/s və ongünlük normanın 81 faizini təşkil etmişdir.
Fevralın 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 69 m3/s təşkil etmiş və ongünlük normanın 90 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Fevralın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda 2 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Bankədə 2 sm artım, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2012-ci il fevralın 22-də 621 sm), Şirvanda 301 sm (2012-ci il fevralın 22-də 516 sm), Salyanda 280 sm (2012-ci il fevralın 22-də 478 sm), Bankədə 245 sm (2012-ci il fevralın 22-də 339 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2012-ci il fevralın 22-də 342 sm) təşkil edir.