Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 Fevral 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-210, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-140, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 130 m3/s və ongünlük normanın 76 faizini təşkil etmişdir.
Fevralın 18-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 59 m3/s təşkil etmiş və ongünlük normanın 84 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 16 sm, Şirvanda 18 sm, Salyanda 13 sm, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Bankədə isə 2 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442 sm (2012-ci il fevralın 18-də 616 sm), Şirvanda 315 sm (2012-ci il fevralın 18-də 511 sm), Salyanda 309 sm (2012-ci il fevralın 18-də 480 sm), Bankədə 255 sm (2012-ci il fevralın 18-də 335 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2012-ci il fevralın 18-də 385 sm) təşkil edir.