Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
15 Fevral 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-150, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Fevralın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 160 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 143 m3/s və ongünlük normanın 84 faizini təşkil etmişdir.
Fevralın 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 63 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 56 m3/s təşkil etmiş və ongünlük normanın 80 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 12 sm, Şirvanda 10 sm, Bankədə 7 sm, Araz çayının Novruzlu məntəqəsində 20 sm azalma, Salyanda isə 7 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 445 sm (2012-ci il fevralın 15-də 631 sm), Şirvanda 341 sm (2012-ci il fevralın 15-də 522 sm ), Salyanda 327 sm (2012-ci il fevralın 15-də 495 sm), Bankədə 261 sm (2012-ci il fevralın 15-də 340 sm), Araz çayının Novruzlu məntəqəsində isə 210 sm (2012-ci il fevralın 15-də 370 sm) təşkil edir.