Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

01 Fevral 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-220, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 70-250, Naxçıvan MR çaylarında isə 55 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son 4 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 136 m3/s və ongünlük normanın 82 faizini təşkil etmişdir.

Son 4 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 106 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 70 m3/s təşkil etmiş və ongünlük normanın 102 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 26 sm, Şirvanda 19 sm, Bankədə 6 sm, Araz çayının Novruzlu məntəqəsində 25 sm artım, Salyanda isə son 3 gün ərzində dəyişiklik qeydə alınmamış, lakin fevralın 01-də suyun səviyyəsində 2 sm artım müşahidə olunmuşdur. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 439 sm (2012-ci il fevralın 01-də 551 sm), Şirvanda 320 sm (2012-ci il fevralın 01-də 443 sm ), Salyanda 302 sm (2012-ci il fevralın 01-də 418 sm), Bankədə 255 sm (2012-ci il fevralın 01-də 307 sm), Araz çayının Novruzlu məntəqəsində isə 205 sm (2012-ci il fevralın 01-də 273 sm) təşkil edir.