2012-ci il ərzində meşələrin artırılması, bərpası və mühafizəsi sahəsində görülən işlər
30 Yanvar 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən 2012-ci il ərzində 10528 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 3078 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilmişdir. Meşə əkinlərinin becərilməsi məqsədilə 35692,1 hektar sahədə xidmət, 35969 hektar sahədə suvarma işləri aparılmışdır. Müxtəlif ağac və kol cinslərindən 179854 kq toxum tədarük edilmişdir.
Həmçinin,tabeli qurumların tinglik sahələrinin səpin şöbələrində 82,62 hektar sahədə toxum səpilmiş, böyütmə şöbələrində 74,9 hektar sahədə 2936 min ədəd toxmacar, kökləndirmə şöbələrində isə 16,3 hektar sahədə 757 min ədəd çilik basdırılmışdır.
Respublikanın meşə mühafizə işçiləri tərəfindən 2012-ci il ərzində 147632 manat köküstə nırx dəyərində 22323 m³ həcmində qanunsuz qırıntılar aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür. Hesablanmış 147632 manat ziyanın 108216 manatının ödənilməsi təmin olunmuşdur. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün 215 iş hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası “Yanğın Təhlükəsizliyi Haqqında Qanun”un tələblərinə uyğun olaraq bir sıra qabaqlayıcı zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində ciddi meşə yanğınları baş verməmişdir. Belə ki, ötən il ərzində ümumilikdə 9,97 hektar sahədə meşə yanğını hadisəsi baş versə də, meşə fonduna əsaslı ziyan dəyməmişdir.