Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

28 Yanvar 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-240, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-140, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 144 m3/s və ongünlük normanın 92 faizini təşkil etmişdir.
Yanvarın 28-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 72 m3/s təşkil etmiş və ongünlük normanın 107 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 21 sm, Şirvanda 22 sm, Bankədə 2 sm, Araz çayının Novruzlu məntəqəsində 27 sm azalma, Salyanda isə 2 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 418 sm (2012-ci il yanvarın 28-də 540 sm), Şirvanda 310 sm (2012-ci il yanvarın 28-də 431 sm ), Salyanda 328 sm (2012-ci il yanvarın 28-də 405 sm), Bankədə 253 sm (2012-ci il yanvarın 28-də 311 sm), Araz çayının Novruzlu məntəqəsində isə 193 sm (2012-ci il yanvarın 28-də 290 sm) təşkil edir.