Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

25 Yanvar 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-240, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-160, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 140 m3/s, ongünlük normanın 89 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 143 m3/s və ongünlük normanın 91 faizini təşkil etmişdir.
Yanvarın 25-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik 2 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 67 m3/s təşkil etmiş və ongünlük normanın 100 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 13 sm, Şirvanda 23 sm, Bankədə 4 sm azalma, Salyanda 21 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm artım qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 439 sm (2012-ci il yanvarın 25-də 557 sm), Şirvanda 332 sm (2012-ci il yanvarın 25-də 452 sm ), Salyanda 326 sm (2012-ci il yanvarın 25-də 415 sm), Bankədə 255 sm (2012-ci il yanvarın 25-də 309 sm), Araz çayının Novruzlu məntəqəsində isə 220 sm (2012-ci il yanvarın 25-də 294 sm) təşkil edir.