Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
14 Yanvar 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 30-150, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 129 m3/s, ongünlük normanın 81 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 156 m3/s və ongünlük normanın 98 faizini təşkil etmişdir.
Son günlər ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 66 m3/s təşkil etmiş və ongünlük normanın 99 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınmışdır. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Şirvanda 3 sm, Bankədə isə 2 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 393 sm (2012-ci il yanvarın 14-də 556 sm), Şirvanda 272 sm (2012-ci il yanvarın 14-də 445 sm ), Salyanda 278 sm (2012-ci il yanvarın 14-də 412 sm), Bankədə 229 sm (2012-ci il yanvarın 14-də 305 sm), Araz çayının Novruzlu məntəqəsində isə 143 sm (2012-ci il yanvarın 14-də 258 sm) təşkil edir.