Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (yanvar ayının I ongünlüyü üçün)
14 Yanvar 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 10 m3/san azalaraq 149 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Yanvar ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.80-6.42 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.