Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2012-ci il ərzində görülmüş işlər
11 Yanvar 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2012-ci il ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1336 ekoloji monitorinq keçirmişdir.
Monitorinqin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdır.
Monitorinqlər zamanı 4545 su, 159 qrunt, 5 qazma məhlulu, 6 şlam nümunəsi götürülərək onlar üzərində 15340 analitik, 14568 bioloji və ekotoksikoloji, 10300 mikrobioloji olmaqla, ümumilikdə 40208 tədqiqat aparılmışdır. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti araşdırılmış, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunmuşdur.
Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alınmışdır Bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılmışdır.
Bundan başqa keçirilən monitorinqlər zamanı istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan sahil zolağında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsi və həmin ərazilərdə ekoloji normalara riayət olunmaması səbəbindən Xəzər dənizi çirklənməklə yanaşı, sahil zolağında bir sıra yerlərdə ərazilərin bataqlaşması, bəzi ərazilərdə isə qeydə alınmış qeyri-qanuni zibilxanaların ləğvi istiqamətində müvafiq işlərin aparılmaması ötən ildə bir daha müşahidə edilmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixli 2244 nömrəli Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində istismara verilmiş qurğulara mütəmadi monitorinq nəzarəti həyata keçirilmiş və qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində təhlillər aparılmışdır.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2012-ci il ərzində Xəzər dənizinin sahil zolağı, eləcə də dəniz akvatoriyasında qeydə alınmış bütün ekoloji problemlərlə bağlı mütəmadi olaraq bülletenlər hazırlanaraq müvafiq icra strukturlarına çatdırılmışdır.
Mövsümlə əlaqədar olaraq Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində razılaşdırılmış qrafik əsasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilmiş, çimərlik ərazilərinin müxtəlif sahələrindən su nümunələri götürülərək, onların üzərində laborator müayinələr aparılmışdır. Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılmış sahələrdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində müəyyənləşdirilmişdir. Çimərlik ərazilərində keçirilmiş birgə monitorinqlərə görə Qaradağ rayonunun Sahil, Səbail rayonunun Şıx çimərliyi və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərlik ərazilər istifadəyə yararlı olmuşdur.