Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
07 Yanvar 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-210, Kiçik Qafqazın çaylarında 70-150, Lənkəran-Astara bölgəsi çaylarında 20-140, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son günlərdə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmamış, yanvarın 07-də isə suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 135 m3/s, ongünlük normanın 83 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 107 m3/s və ongünlük normanın 66 faizini təşkil etmişdir.
Son günlər ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunmuş, yanvarın 07-də suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır. Hazırda məntəqədə su sərfi 57 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 69 m3/s təşkil etmiş və ongünlük normanın 98 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmamış, yanvarın 07-də isə suyun səviyyəsində azalma qeydə alınmışdır. Belə ki, Kür çayının Surra məntəqəsində 19 sm, Şirvan 9 sm, Araz çayının Novruzlu məntəqələrində 2 sm azalma, Bankədə 3 sm, Salyanda isə 2 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 422 sm (2012-ci il yanvarın 07-də 569 sm), Şirvanda 323 sm (2012-ci il yanvarın 07-də 467 sm ), Salyanda 309 sm (2012-ci il yanvarın 07-də 430 sm), Bankədə 254 sm (2012-ci il yanvarın 07-də 307 sm), Araz çayının Novruzlu məntəqəsində isə 193 sm (2012-ci il yanvarın 07-də 285 sm) təşkil edir