Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
30 Dekabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 40-160, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 162 m3/s, ongünlük normanın 111 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 135 m3/s və ongünlük normanın 92 faizini təşkil etmişdir.
Dekabrın 30-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 74 m3/s təşkil etmiş və ongünlük normanın 102 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 5 sm, Şirvanda 1 sm, Bankədə 4 sm, Salyanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində isə 19 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 447 sm (2011-ci il dekabrın 30-da 574 sm), Şirvanda 329 sm (2011-ci il dekabrın 30-da 470 sm), Salyanda 303 sm (2011-ci il dekabrın 30-da 423 sm), Bankədə 249 sm (2011-ci il dekabrın 30-da 308 sm), Araz çayının Novruzlu məntəqəsində isə 200 sm (2011-ci il dekabrın 30-da 297 sm) təşkil edir.