Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İlə olan hava proqnozu (yenilənib)

29 Dekabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Dekabrın 31-də gündüz ölkə ərazisində yağıntıların tədricən kəsiləcəyi, dekabrın 31-i axşam, yanvarın 01-nə keçən gecə və yanvarın 01-də gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun dekabrın 31-də gecə 0-2 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, yanvarın 01-də gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, Mərkəzi Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda isə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Qeyd: Bayram günləri ilə bağlı hər gün yenilənmiş məlumat təqdim olunacaq