Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
24 Dekabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-190, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 60-230, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 155 m3/s, ongünlük normanın 106 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 135 m3/s və ongünlük normanın 93 faizini təşkil etmişdir.
Dekabrın 24-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 63 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 77 m3/s təşkil etmiş və ongünlük normanın 106 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 3 sm, Şirvan və Araz çayının Novruzlu məntəqələrində 2 sm artım, Bankədə 1 sm azalma, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 419 sm (2011-ci il dekabrın 24-də 570 sm), Şirvanda 295 sm (2011-ci il dekabrın 24-də 467 sm ), Salyanda 289 sm (2011-ci il dekabrın 24-də 419 sm), Bankədə 243 sm (2011-ci il dekabrın 24-də 312 sm), Araz çayının Novruzlu məntəqəsində isə 153 sm (2011-ci il dekabrın 24-də 268 sm) təşkil edir.