Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

21 Dekabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Lənkəran-Astara bölgəsində temperatur rejiminin yüksəlməsi və yağan yağışlarla əlaqədar dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində ərazidən axan çaylarda sululuğun artımı müşahidə olunmuşdur.
Belə ki, Lənkərançay-Lənkəranda suyun səviyyəsində 15 sm, Lənkərançay-Sifidorda 11 sm, Vəşərüçay-Daştatükdə 20 sm artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-190, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 120-290, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 21-də
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 146 m3/s, ongünlük normanın 100 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 149 m3/s və ongünlük normanın 102 faizini təşkil etmişdir.
Dekabrın 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 66 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 78 m3/s təşkil etmiş və ongünlük normanın 107 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Şirvanda 4 sm, Salyan və Bankədə 3 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 1 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 413 sm (2011-ci il dekabrın 21-də 568 sm), Şirvanda 282 sm (2011-ci il dekabrın 21-də 471 sm ), Salyanda 286 sm (2011-ci il dekabrın 21-də 428 sm), Bankədə 233 sm (2011-ci il dekabrın 21-də 309 sm), Araz çayının Novruzlu məntəqəsində isə 148 sm (2011-ci il dekabrın 21-də 277 sm) təşkil edir.