“Ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda ictimai müzakirə keçirilmişdir
18 Dekabr 2012, 00:00
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamının icrası ilə əlaqədar 2012-ci il 18 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində ali təhsil müəssisələrinin tələbələri və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə “Ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda ictimai müzakirə keçirilmişdir.
Müzakirədə Bakı Dövlət, Memarlıq və İnşaat, Texniki, Dövlət Pedaqoji, İqtisad, Kooperasiya, Odlar Yurdu universitetlərinin, həmçinin, Dövlət İdarəçilik və Dövlət Neft akademiyalarının ətraf mühitin mühafizəsi sahəsində təhsil alan 100-ə yaxın tələbəsi iştirak etmişdir.
Tədbir iştirakçıları ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qazanılmış uğurların əhalinin ekoloji şüurunda müsbət dəyişikliklərə səbəb olması ilə yanaşı, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərdə ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaradıldığını qeyd etmişlər.
Görüşdə həmçinin, ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması istiqamətində ölkədə həyata keçirilən fəaliyyətlərdə vətəndaş cəmiyyətinin rolu müzakirə edilmişdir.
İctimai müzakirədə ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolunun zəruriliyi bildirilmiş, dövlət orqanları ilə yanaşı ictimaiyyətin bu sahədə aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır.