Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

17 Dekabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-170, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-120, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 141 m3/s, ongünlük normanın 90 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 120 m3/s və ongünlük normanın 77 faizini təşkil etmişdir.
Dekabrın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 80 m3/s təşkil etmiş və ongünlük normanın 106 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm, Salyanda 6 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 1 sm, Bankədə isə suyun səviyyəsində 10 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2011-ci il dekabrın 17-də 581 sm), Şirvanda 267 sm (2011-ci il dekabrın 17-də 475 sm ), Salyanda 286 sm (2011-ci il dekabrın 17-də 433 sm), Bankədə 235 sm (2011-ci il dekabrın 17-də 317 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2011-ci il dekabrın 17-də 290 sm) təşkil edir.