Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 Dekabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-180, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 136 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil etmişdir.
Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 61m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 83 m3/s təşkil etmiş və ongünlük normanın 110 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 6 , Araz çayının Novruzlu məntəqəsində 5, Salyanda 4 sm artım, Surra məntəqəsində isə suyun səviyyəsində 7 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 388 sm (2011-ci il dekabrın 14-də 583 sm), Şirvanda 280 sm (2011-ci il dekabrın 14-də 470 sm), Salyanda 276 sm (2011-ci il dekabrın 14-də 423 sm), Bankədə 245 sm (2011-ci il dekabrın 14-də 316 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2011-ci il dekabrın 14-də 295 sm) təşkil edir.