Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəbərdarlıq
13 Dekabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə ölkə ərazisində uzun müddət davam edən nisbətən mülayim hava şəraitindən sonra dekabrın 13-ü axşam saatlarından başlayaraq bəzi rayonlarda yağıntının intensivləşəcəyi, dekabrın 14-dən 18-dək havanın soyuq, şaxtalı olacağı, temperaturun ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında temperaturun anomal gedişi gözlənilir.
Havanın temperaturu gecə və səhər 4-6, günün ikinci yarısında 1-3 dərəcə isti olacaq, dekabrın 15-dən 16-na və 16-dan 17-nə keçən gecə 0, - 2 dərəcəyədək aşağı enəcək.
Dekabrın 14-də Respublikanın aran rayonlarında 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacağı gözlənilir. Hava şəraiti fasilələrlə yağıntılı keçəcək, sulu qar, qar yağacaq.
Bakıda və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə isə qar şəklində olacağı ehtimalı var. Dekabrın 14-15-də arabir güclənən şimal-şərq küləyi əsəcək.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında dekabrın 14-dən başlayaraq hava şəraitinin təzadlı dəyişməsi, yaxın 3-4 gün ərzində soyuq, rütubətli və küləkli keçməsi meteohəssas insanlar üçün əlverişsizdir.