Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

10 Dekabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə dekabrın 09-u və 10-da Lənkəran-Astara bölgəsinə yağan intensiv yağışla əlaqədar ərazidən axan çaylarda sululuğun bir qədər artımı müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-180, Kiçik Qafqazın çaylarında 55-105, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Dekabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 130 m3/s, ongünlük normanın 83 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 144 m3/s və ongünlük normanın 92 faizini təşkil etmişdir.
Dekabrın 10-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 89 m3/s təşkil etmiş və ongünlük normanın 116 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində 20 sm azalma, Surrada 2 sm artım, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 400 sm (2011-ci il dekabrın 10-da 574 sm), Şirvanda 276 sm (2011-ci il dekabrın 10-da 466 sm ), Salyanda 272 sm (2011-ci il dekabrın 10-da 423 sm), Bankədə 237 sm (2011-ci il dekabrın 10-da 315 sm), Araz çayının Novruzlu məntəqəsində isə 160 sm (2011-ci il dekabrın 10-da 299 sm) təşkil edir.