Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 Dekabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-190, Kiçik Qafqazın çaylarında 55-115, Lənkəran-Astara bölgəsi çaylarında 30-90, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 115 m3/s, ongünlük normanın 73 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 150 m3/s və ongünlük normanın 96 faizini təşkil etmişdir.
Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 95 m3/s təşkil etmiş və ongünlük normanın 124 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra, Şirvan, Bankə məntəqələrində 1 sm, Salyanda 4 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 sm artım müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 406 sm (2011-ci il dekabrın 07-də 568 sm), Şirvanda 290 sm (2011-ci il dekabrın 07-də 456 sm ), Salyanda 276 sm (2011-ci il dekabrın 07-də 427 sm), Bankədə 236 sm (2011-ci il dekabrın 07-də 308 sm), Araz çayının Novruzlu məntəqəsində isə 187 sm (2011-ci il dekabrın 07-də 293 sm) təşkil edir.