Neft sənayesində ekoloji normalara riayət olunması nəzarətdə saxlanılır
04 Dekabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən neft sənayesində ekoloji vəziyyətə riayət olunması ilə əlaqədar monitorinqlər keçirilmişdir. Keçirilmiş monitorinqlər zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Abşeronneft”, “28 May”, H.Z.Tağıyev adına neftqazçıxarma idarəsi, “Qaraçuxur” iriləşdirilmiş neft mədəni, “Bahar Enerji Əməliyyat” və “Absheron Operating Company LTD” şirkətlərində ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırmışlar.
Aparılan araşdırmalar zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların tələblərinə uyğun olaraq “Abşeronneft” neftqazçıxarma idarəsinə 1600 manat, “28 May” neftqazçıxarma idarəsinə 6555 manat, H.Z.Tağıyev adına neftqazçıxarma idarəsinə 6270 manat, “Qaraçuxur” iriləşdirilmiş neft mədəninə 22085 manat, “Bahar Enerji Əməliyyat” şirkətinə 9100 manat və “Absheron Operating Company LTD” şirkətinə 3600 manat məbləğində ödəmə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Çatışmazlıqların aradan qaldırılması məqsədilə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yuxarıda adları çəkilən müəssisə rəhbərlərinə icrası məcburi olan “Məcburi göstəriş”lər verilmişdir.