Kür çayının deltasında növbəti hidroloji tədqiqat və ölçmə işləri aparılmışdır
04 Dekabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri Kür çayının mənsəb hissəsində axıma nəzarət etmək məqsədilə 2012-ci ilin oktyabr ayında Kür çayının deltasında növbəti hidroloji tədqiqat və ölçmə işləri aparmışlar.
Mütəxəssislər tərəfindən Kür”“Surra məntəqəsindən başlayaraq çayın Ana Kür və Bala Kürə ayrılan qollarında, yeni açılmış kanalın müxtəlif hissələrində
çaydakı su sərfi ölçülmüş, en kəsiyinin profilləri çıxarılmış, həmçinin Qoltuq körfəzinə tökülən qollar tədqiq edilmiş, Bala Kürün və Yeni kanalın çıxışlarında açıq dənizin dibinin profilləri çıxarılmışdır. Qeyd edək ki, hidroloji ölçmə işləri müasir ultrasəs dopler cihazının köməyi ilə aparılmışdır.
Aparılmış müşahidələrə görə Kür çayının Bankə məntəqəsində müşahidə olunan 160 m3/san su sərfinın 40 faizinin Kür çayının deltasında şimal-şərqə doğru Bala Kür qolu vasitəsilə, 60 faizinin isə çayın əsas qolunun davamı olan Yeni Kanal vasitəsilə dənizə axıdıldığı müəyyən edilmişdir. Cənub tərəfdən Ana Kürdən Qoltuq körfəzinə açılan xırda qollara axım isə səviyyənin aşağı olması səbəbindən tamamilə dayanmışdır.