Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
03 Dekabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-190, Kiçik Qafqazın çaylarında 55-115, Lənkəran-Astara bölgəsi çaylarında 15-125, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 160 m3/s, ongünlük normanın 102 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 155 m3/s və ongünlük normanın 99 faizini təşkil etmişdir.
Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 105 m3/s təşkil etmiş və ongünlük normanın 137 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Dekabrın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 6 sm , Şirvanda 8 sm, Bankədə 1 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 422 sm (2011-ci il dekabrın 03-də 567 sm), Şirvanda 313 sm (2011-ci il dekabrın 03-də 458 sm ), Salyanda 285 sm (2011-ci il dekabrın 03-də 460 sm), Bankədə 242 sm (2011-ci il dekabrın 03-də 311 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2011-ci il dekabrın 03-də 313 sm) təşkil edir.