Xəbərlər

Dekabr ayına olan hava proqnozu

30 Noyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə dekabr ayında havanın orta aylıq temperaturunun müsbət və kiçik mənfi fərqlə iqlim normasına əsasən yaxın olacağı gözlənilir. Belə ki, ayın əvvəlində havanın temperaturunun normadan 3 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısında ayrı-ayrı günlərdə temperaturun normadan bir qədər aşağı enəcəyi gözlənilir. Respublika üzrə yağıntılar qeyri-bərabər paylancaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr 2-7 dərəcə isti olacağı, ayın ikinci yarısının bəzi günlərində 0 dərəcəyə enəcəyi, gündüzlər 8-13, ayın əvvəlində 15-18, ayın ikinci yarısının bəzi günlərində isə 4-7 dərəcə isti təşkil edəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm) olacağı ehtimal olunur.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 4-9 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-12, ayın əvvəlində 14-16, ayın ikinci yarısında bəzi günlərdə 1-6 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 6-11 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 4-9 dərəcə isti olacağı, ayın əvvəlində 12 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində 0-4 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 3-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr 1-5 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı, gündüzlər 7-12 dərəcə isti olacağı, ayın əvvəlində 16 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində isə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-16 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 4-9 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər 4-9 dərəcə isti təşkil edəcəyi, ayın əvvəlində 12 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində isə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm) olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 2-6 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 0-3 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13, ayın əvvəlində 14-17, ayın ikinci yarısının bəzi günlərində 3-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında

Orta aylıq temperaturun 3-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində dağlıq ərazilərdə 1-5 dərəcə şaxta təşkil edəcəyi, gündüzlər 8-13, ayın əvvəlində 14-18, ayın ikinci yarısının bəzi günlərində 2-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 58-106 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.