Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30 Noyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-170, Kiçik Qafqazın çaylarında 55-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-150, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 146 m3/s, ongünlük normanın 79 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 158 m3/s və ongünlük normanın 85 faizini təşkil etmişdir.
Noyabrın 30-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 110 m3/s təşkil etmiş və ongünlük normanın 136 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 6 sm artım, lakin Şirvanda 5 sm, Bankədə , Salyanda və Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma müşahidə olunmuşdur.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 429 sm (2011-ci il noyabrın 30-da 570 sm), Şirvanda 319 sm (2011-ci il noyabrın 30-da 464 sm ), Salyanda 290 sm (2011-ci il noyabrın 30-da 472 sm), Bankədə 241 sm (2011-ci il noyabrın 30-da 316 sm), Araz çayının Novruzlu məntəqəsində isə 184 sm (2011-ci il noyabrın 30-da 340 sm) təşkil edir.