Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
26 Noyabr 2012, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-170, Kiçik Qafqazın çaylarında 55-105, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 139 m3/s, ongünlük normanın 75 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 168 m3/s və ongünlük normanın 91 faizini təşkil etmişdir.
Noyabrın 26-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 134 m3/s təşkil etmiş və ongünlük normanın 166 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində 1 sm azalma , Şirvanda 1 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442 sm (2011-ci il noyabrın 26-da 568 sm), Şirvanda 337 sm (2011-ci il noyabrın 26-da 456 sm ), Salyanda 287 sm (2011-ci il noyabrın 26-da 467 sm), Bankədə 245 sm (2011-ci il noyabrın 26-da 314 sm), Araz çayının Novruzlu məntəqəsində isə 210 sm (2011-ci il noyabrın 26-da 315 sm) təşkil edir.